"Başakşehir"də Məsut Özil şoku

Spor Toto Super Liqada 8-ci həftəni 1 matç buraxmasına baxmayaraq 17 xalla lider kürsüsündə tamamlayan "Medipol" "Başakşehir"in mövsümün əvvəlində heyətə daxil etdiyi təcrübəli futbolçu Məsut Özil əməliyyat olunub. SİA xəbər verir ki, Məsut Özil sosial media hesabından verdiyi açıqlamada belində hiss etdiyi ağrı səbəbi ilə keçirdiyi əməliyyatın uğurlu keçdiyini bildirib. Təcrübəli futbolçu keçirdiyi əməliyyatla əlaqədar 3 aya yaxın meydandan uzaq qalacağını qeyd edib.

Mövsümün əvvəlində narıncı-göylər komandasına keçən 33 yaşlı futbolçu 3 matçda ümumilikdə 21 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə