Umut Bozok qaldığı yerdən davam edir!

Transfer dövrünün son günlərində "Trabzonspor"un Fransanın "Lorient" komandasından heyətinə qatdığı Umut Bozok öz töhfəsini verməyə başlayıb. SİA xəbər verir ki, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Kasımpaşa"da 20 dəfə rəqib qapılarını havaya uçuraraq bombardir olan Umut Bozok "bordo-mavili" komandada çox vaxt tapmasa da, 8 həftəlik liqada 2 qol vurub.

Liqanın 5-ci həftəsində meydana çıxmağa başlayan Umut Bozok 6-cı həftədə 3-2 hesabı ilə uduzduğu “Adana Dəmirspor” matçında ilk qolunu vurub.

Umut Bozok 8-ci həftə "Yukatel Kayserispor" matçında vurduğu qolla komandasının 2-1 qalib gəlməsinə kömək etdi. Hücumçu liqada 4 matçda 223 dəqiqə meydanda olarkən 2 qol vurub. Avropada 2 oyunda 41 dəqiqəyə 1 qol vurub. "Bordo-mavililər"in futbolçusu 6 matçda 264 dəqiqə meydanda mübarizə apardığı halda, 3 dəfə rəqib tora havadan çıxıb. Umut Bozok "Kasımpaşa" və "Trabzonspor" forması ilə liqada 42 oyuna çıxıb və 22 dəfə rəqibin toru ilə silkələməyi bacarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə