"Vulverhempton Uonderers"in baş məşqçi ilə yollarını ayırdığı açıqlanıb
İngiltərə Premyer Liqa komandalarından olan "Vulverhempton Uonderers"in baş məşqçi Bruno Leyqlə yollarını ayırdığı açıqlanıb. SİA xəbər verir ki, klubdan verilən açıqlamada 46 yaşlı portuqaliyalı çalışdırıcının cari mövsümdə qazandığı pis nəticələrə görə müqaviləsinə xitam verildiyi bildirilib.
Cari mövsümdə 8 liqa oyununda cəmi 6 xal qazanan "Vulverhempton Uonderers" 18-ci yerdədir. Bruno Lage 2019-2020-ci illərdə Portuqaliyanın "Benfika" komandasını çalışdırıb və İngiltərə təmsilçisindən əvvəl burada da infrastrukturda işləyib. Bruno Lagedən sonra yeni məşqçinin bir neçə gün sonra ictimaiyyətə açıqlanması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB