"Azarkeşlərimizin adımı qışqırması çox gözəl idi" - Əlcəzairli futbolçu

"Azarkeşlərimizin adımı qışqırması çox gözəl idi" - Əlcəzairli futbolçu

"Beşiktaş"ın zədədən dönən əlcəzairli futbolçusu Raşid Ghezzal "Fənərbağça" derbisindən sonra danışıb. SİA xəbər verir ki, Ghezzal dedi: “Bu gün meydanda olmaq çox gözəl hiss idi. Azarkeşlərimizin adımı qışqırması çox gözəl idi. Biz artıq bu hisslər üçün futbol oynayırıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirik. Onlar artıq bilirlər ki, azarkeşlərimizə sevgilərini qaytarmaq üçün meydanda hər şeyi edəcəyəm. Uzun müddət meydandan uzaq idim. Tam hazır olduğumu deyə bilmərəm. Mən yaxşı hazırlaşmışam. Ən qısa zamanda 100 faiz hazır olacam. "Beşiktaş" çox böyük klubdur və "Beşiktaş"ın hər bir oyunçusu çox dəyərlidir. Yüz faiz hazır olmaq üçün bu həftə məşqdə əlimdən gələni edəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə