"Beşiktaş"ın müdafiəçisi Romain Saiss "Fənərbağça" derbisinin sonunda çıxış edib. SİA xəbər verir ki, o bunları deyib: “Əhəmiyyətli matç idi. "Başakşehir" və "İstanbulspor" matçlarında pis oynadıq. Bu gün qalib gəlməsək də, yaxşı reaksiya verdik. Düzgün planla oynadıq. Döyüşdük və ruhumuzu göstərdik. Qələbə qazanmadıq, mükəmməl deyildik. Döyüş ruhu vacib idi. Bu liqada yaxşı çıxış edəcəyik. Bəzi məqamları yaxşılaşdırmalıyıq. Məqsədlər bu komanda ruhu ilə gələcək. Vacib rəqibdən qol buraxmamaq da vacibdi. Düşünürəm ki, yaxşı şəkil çəkdirmişik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB