"Nant" böyük hesabla uduzdu

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən "Nant" Fransa çempionatında 9-cu tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, komanda bu dəfə səfərdə "Monako" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 25 xalla PSJ-nin liderlik etdiyi turnir cədvəlində "Monako" 17 xalla 5-ci, "Nant" isə 7 xalla 16-cıdır.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında 5-ci tur matçı oktyabrın 27-si Fransada olacaq.

Liqa 1, 9-cu tur

"Monako" - "Nant" - 4:1

Qollar: Embolo 2, Ben Yedder, 6, 28, 62 pen. - Enrike, 79 (avtoqol)

Bütün xəbərlər Facebook səhifəmizdə