Peres PSJ-dəki həmkarına cavab verib

Peres PSJ-dəki həmkarına cavab verib

“Real Madrid”in prezidenti Florentino Peres PSJ-dəki həmkarı Nasser Al-Xelaifiyə kifayət qədər cəsarətlə cavab verib.

“...Nasser Al-Xelaifi “Real Madrid”in Super Liqanı rəqabətdən qorxduqları üçün yaratdığını bildirib. Bəlkə ona “Real Madrid”in nə olduğunu xatırlatmaq lazımdır. Bu, tarixin ən uğurlu klubudur”.

SİA-nın əldə etdiyi məlumata görə, Peres bunu

İspaniyanın “Marca” nəşrinə verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, Florentino Peres Superliqa layihəsinin açıqlanmasından sonra onun lideri olub. Qeyd edək ki, layihəni hələ də üç klub – “Real Madrid”, “Barselona” və “Yuventus” dəstəkləyir.

Qalan 9 klub bir neçə gün sonra Superliqadan çıxıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə