Timo Verner "Leyptsiq"in tarixinə düşüb

Timo Verner "Leyptsiq"in tarixinə düşüb

Almaniya millisinin futbolçusu Timo Verner "Leyptsiq"in tarixinə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna "Bohum"u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın VIII tur oyununda nail olub.

Qarşılaşmada dubla imza atan forvard komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.

Qeyd edək ki, Timo Verner avqustun əvvəlində İngiltərənin "Çelsi" klubundan Bundesliqa təmsilçisinə qayıdıb. Hücumçu 2016 - 2020-ci illərdə də "Leyptsiq"in formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə