"Komandamız vahid şəkildə məşq edə bilmirdi" - QURBAN QURBANOV

"Bu gün həqiqətəndə ilk dəqiqələrindən maraqlı oyun keçdi". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov 3:1 hesabı ilə bitən Qarabağ- Neftçi oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.

Baş məşqçi qeyd edib ki, komandamız vahid şəkildə məşq edə bilmirdi: "Hər iki komanda qol epizodları yarandı. Mən bu günkü oyundan çox razı qaldım. "Neftçi" komandası çox yaxşıdır. Onlara uğurlar arzu edirəm. Stadionda olam abu-hava çox yaxşı idi. 3 qol vurmağımıza baxmayaraq səhvlərimiz çox oldu. "Neftçi" komandasının öz oyun üslubu var. Rəqib komanda çox rahat şəkildə özünü meydanda göstərirdilər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə