"Arsenal" "Tottenhem"i məğlub etdi

"Arsenal" İngiltərə Premyer Liqasında 9-cu tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Mikel Artetanın baş məşqçisi olduğu komanda turun mərkəzi matçında "Tottenhem"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

"Arsenal" - "Tottenhem" - 3:1
Qollar:
Parti, 20 (1:0), Keyn, 31-pen (1:1), Jezus, 49 (2:1), Xaka, 67 (3:1)
Qırmızı vərəqə: Emerson, 62 ("Tottenhem")

Bu qələbə ilə xalını 21-ə yüksəldən "Arsenal" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 17 xalla 2-ci, "Tottenhem" 17 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə