Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu Bubakar Kamara bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək. SİA-nın məlumatına görə, tibbi müayinədən sonra 23 yaşlı yarımmüdafiəçinin diz bağlarından xəsarət aldığı məlum olub.

"Aston Villa"da çıxış edən oyunçu "Sautgempton"u 1:0 hesabı ilə məğlub etdikləri İngiltərə Premyer Liqasının VIII tur matçında zədələnib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə