"Hall Siti" qara buludları dağıta bilmədi

İngiltərə çempionatının 11-ci həftəsində "Hall Siti" "Luton Taun"u qəbul edib. SİA xəbər verir ki, MKM stadionunda keçirilən matçda "Hall Siti" 2:0 hesabı ilə uduzub və liqada ardıcıl 5-ci məğlubiyyətini alıb. Cons 6, Lansberi isə 44-də öz qapısına qol vurduğu halda, Lutona qələbə qazandıran qolları Şota Arveladzenin gedişindən sonra "Hall Siti"də Endi Douson vurub.

Milli futbolçularımızdan Ozan Tufan 90 dəqiqə meydanda qalarkən, Doğukan Sinik 71-də oyuna daxil edilib. Bu nəticə ilə "Hall Siti" 11 xalda qalıb, "Luton" isə 16 xala yüksəlib. Britaniya komandası nəhayət ki, Şota Arveladze ilə yollarını ayırıb. "Hall Siti"nin yeni baş məşqçisini tezliklə elan edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə