Burak Yılmaz Fatih Terimi seçmədi

“Fortuna Sittard”da çıxış edən Burak Yılmaz "ESPN NL" kanalına müsahibə verib. SİA xəbər verir ki, təcrübəli hücumçu ona verilən qısa suallara belə cavab verib: Ən böyük klub? "Real Madrid". Ən yaxşı məşqçi? Şenol Günəş. Birlikdə oynadığınız ən yaxşı futbolçu? Didye Droqba. Milli komandadakı ən yaxşı dostunuz? Arda Turan.

Burak Yılmazın Fatih Terimin yerinə Şenol Günəşin adını verməsi diqqət çəkib. Çünki onun Fatih Terimlə bağlı açıqlamaları da ötən günlərdə çox danışılıb. Burak Yılmaz, "Fatih Terim, Türkiyənin ən yaxşı məşqçilərindən biri... Başqa bir şey yoxdur" dedi. Bunun üzərinə ondan soruşdular ki, küsmə varmı? O, “Hər kəs hər şeyi bilir” deyə cavab verdi.

F.Sittarda heyətə girdiyi matçlarda oyunçulara 1000 avro mükafat verdiyi iddialarına da toxunan Burak, "Cibimdən çıxdı? Bu çox utancvericidir. Kaş ki, belə hekayələr olmasaydı. Çox məyus oldum. Bunların hamısı yalandır”.

Bütün xəbərlər Facebook səhifəmizdə