Karlo Ançelotti bu mövsümün sonunda “Real Madrid”i tərk edə bilər. İtalyan futbolçunun təqaüdə çıxmaq əhval-ruhiyyəsində olduğu görünür. SİA bu barədə ispan saytlarına istinad edir.

Madrid klubu artıq komandaya yeni baş məşqçi haqqında düşünür. “El Nacional”ın məlumatına görə, “Real Madrid”ə bir nömrəli namizəd alman mütəxəssis Tomas Tuxeldir. Mənbənin sözlərinə görə, “qaymaqlılar”ın prezidenti Florentino Peres həqiqətən də Tuçeli dəvət etmək istəyir.

Xatırladaq ki, sentyabrın əvvəlində Tomas Tuxel klubsuz qalmışdı. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Zaqreb “Dinamo”suna uduzduqdan sonra almaniyalı Londonun “Çelsi”sindən də qovulub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə