“Könüldən Zəfərə” adlı payız məktəbi təşkil olunacaq

Oktyabrın 1-də ASAN Könüllülərin “Könüldən Zəfərə” adlı payız məktəbinə start veriləcək. Layihə “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Göygöl Rayon İcra Hakimiyyəti, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək. SİA Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, gənclər arasında yeni dostluq əlaqələrinin qurulması, onlar arasında şəbəkələşmənin təmin olunması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, nümunəvi vərdişlərin qazanılması və dünyagörüşlərinin artırılmasıdır.

Payız məktəbi oktyabrın 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə