UEFA “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı paylaşım edib

UEFA Azərbaycan millisinin üzvü və “Qarabağ”ın kapitanı Maksim Medvedevlə bağlı tviter hesabında paylaşım edib. SİA xəbər verir ki, Avropanın ali futbol qurumu yarımmüdafiəçini 33 yaşının tamam olması münasibətilə təbrik edib.

Paylaşımda vurğulanıb ki, təcrübəli oyunçu peşəkar karyerası ərzində yalnız kapitanı olduğu Ağdam təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə