Xavi Jerardan qurtulmaq istəyir...

Kataloniya “Barselona”sının baş məşqçisi Xavi Ernandeslə müdafiəçi Jerar Pike arasında münasibətlər tamamilə pozulub. Mənbənin sözlərinə görə, 35 yaşlı futbolçunun bu mövsüm aldığı oyun müddətindən narazı qalması ilə bağlı tərəflər mübahisə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Sport.es”in jurnalistləri xəbər verir.

Qeyd edək ki, bundan əlavə, Pikeni klubun maaşlarının azaldılması ilə bağlı daimi müraciətləri baş məşqçini qane etmir. Xavi Jerardın iddialarını dinləməkdən yorulan Xavi artıq onu komandada görmək istəmədiyini bəyan edib.

Xatırladaq ki, Pike “mavi qranat”ın köhnə oyunçularından biridir. Müdafiəçi 2008-ci ildən Kataloniya komandasında çıxış edir. Qeyd edək ki, onun hazırkı əmək müqaviləsi 2023/2024 mövsümünün sonuna kimidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə