"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1" üzrə dünya çempionatında sprint yarışlarının sayı artırılıb. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem qurumun rəsmi saytına açıqlama verib.

O, sprint yarışlarının 3-dən 6-ya çatdırıldığını bildirib. Yenilik 2023-cü il mövsümündən tətbiq olunmağa başlayacaq.

Qeyd edək ki, gələn il Azərbaycan Qran-prisi 28 - 30 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə