İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu - VI turun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan İtaliyanı qəbul edib. Son Avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdən qələbə ilə dönməli idi. Bu vəzifənin öhdəsindən layiqincə gələn "Skuadra Adzurra" rəqibini 2:0 hesabı ilə məğlub edərək, istəyinə çatıb. Qrupun digər matçında isə aşağı liqaya düşəcəyi dəqiqləşən İngiltərə Almaniya ilə məhsuldar heç-heçəyə razılaşıb.

B, C və D Liqalarında qrup liderləri əvvəlki turda bəlli olduğundan, bugünkü qarşılaşmalar sonuncu pilləni tutan daha bir yığmanın adına aydınlıq gətirib. Beləliklə, Rumıniya seçməsi B Liqasını tərk edib. Cəbəllütariqin D Liqasına düşməsi və San Marinonun qrup sonuncusu olması isə ötən tur rəsmiləşmişdi.

UEFA Millətlər Liqası
V tur

A Liqası

3-cü qrup

22:45. İngiltərə - Almaniya - 3:3

Qollar: Lük Şou, 72. Meyson Maunt, 75. Harri Keyn, 83 (penalti) - İlkay Gündoğan, 52 (penalti). Kay Haverts, 67; 87

22:45. Macarıstan - İtaliya - 0:2

Qollar: Cakomo Raspadori, 27. Federiko Dimarko, 52

Xal durumu: İtaliya - 11, Macarıstan - 10, Almaniya - 6, İngiltərə - 5

B Liqası

22:45. Monteneqro - Finlandiya - 0:2

Qol: Oliver Antman, 47. Benyamin Kelman, 53

Qırmızı vərəqə: Jarko Tomaşoviç, 17 (Monteneqro)

22:45. Rumıniya - Bosniya və Herseqovina - 4:1

Qollar: Denis Man, 38. Corce Puşkaş, 73; 86. Andrey Ratsiu, 79 - Edin Dzeko, 77

Xal durumu: Bosniya və Herseqovina - 11, Finlandiya - 8, Monteneqro - 7, Rumıniya - 7

C Liqası

22:45. Cəbəllütariq - Gürcüstan - 1:2

Qollar: Lui Ennesli, 75 - Xviça Kvaratsxeliya, 19 (penalti), Giorgi Tsitaişvili, 49

22:45. Şimali Makedoniya - Bolqarıstan - 0:1

Qol: Kiril Despodov, 50

Qırmızı vərəqə: Todor Todoroski, 14 (Şimali Makedoniya)

Xal durumu: Gürcüstan - 16, Bolqarıstan - 9, Şimali Makedoniya - 7, Cəbəllütariq - 1.

D Liqası

22:45. San Marino - Estoniya - 0:4

Qollar: Henri Aniyer, 38; 79. Tayo Teniste, 56. Rauno Sappinyen, 66

Xal durumu: Estoniya - 12, Malta - 6, San marino - 0

Bütün xəbərlər Facebook səhifəmizdə