"Sumqayıt"ın futbolçusu meydandan qovulub - Millətlər Liqası

"Sumqayıt"ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində evdə Bolqarıstana qarşı keçirilən UEFA Millətlər Liqasının C Divizionun VI tur oyununda meydandan qovulub. SİA-nın məlumatına görə, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.

Qeyd edək ki, Todor Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir

Bütün xəbərlər Facebook səhifəmizdə