Türkiyə Milli Futbol Komandamız FİFA 125-ci yerdə qərarlaşan Farer adalarına səfərdə 2:1 hesabı ilə uduzub. Millinin yeganə qolunun sahibi Serdar Gürler matçdan sonra açıqlamalar verib. SİA xəbər verir ki, kədərlərini dilə gətirən Gürler, "İnanılmaz dərəcədə üzüldük. Bizə yaraşmayan bir nəticə aldıq. Bunun heç bir bəhanəsi yoxdur. Bəlkə də onlar qədər istəmədik, döyüşmədik. İlk 4 matçda çox yaxşı nəticə ilə qalib gəldik. Onun rahatlığı ilə gəldik. Lüksemburq oyununda da 1-ci yerə zəmanət verdik. Heç bir bəhanə gətirə bilmərik. İnanılmazdır. Heç kim ağzını açmadı. Biz B Liqasına çatdıq. Bunu düzəltmək üçün ayağa qalxacağıq. Edə biləcəyimiz heç bir şey yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB