"Ayağa qalxacağıq və təslim olmayacağıq" - BAŞ MƏŞQÇİ

"Ayağa qalxacağıq və təslim olmayacağıq" - BAŞ MƏŞQÇİ

Türkiyə Milli Komandasının baş məşqçisi Stefan Kuntz Farer adaları ilə 2-1 uduzduğu oyundan sonra açıqlamalar verib. SİA xəbər verir ki, alman məşqçi bunları deyib: "Tənqidləri haqlı hesab edirəm, amma oyunçularımı qınamayacağam. Daha çox mübarizə aparan və daha çox qaçan komanda var idi. Əvvəllər yumruq aldığımızı dedik, bu dəfə nokaut vəziyyəti var. Ayağa qalxacağıq və təslim olmayacağıq".

Məşqçi dəyişikliyi ilə bağlı sualı cavablandıran Kuntz, "Hazırda məşqçi dəyişikliyindən danışmaq çox asandır. Biz faktlarla üzləşməliyik. Məşqçini dəyişdirməklə reallığı dəyişmək asan deyil. Bu, indiki vəziyyətdir. Bu vəziyyət məni daha çox motivasiya edir"-cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə