""Real Madrid"dəki ən yaxşı günüm oradan ayrıldığım gün olub" - KAKA

""Real Madrid"dəki ən yaxşı günüm oradan ayrıldığım gün olub" - KAKA

Keçmiş braziliyalı futbolçu Kaka, "Real Madrid" karyerasında zədələrinin yaxşı getmədiyini söyləyib. SİA xəbər verir ki, Kaka Braziliya Millisinin Dünya Kubokunu qazanmaq şansının olduğunu və turnirdə çox yaxşı heyətlə iştirak edəcəyini bildirib. İspaniyanın "Marca" qəzetinə danışan unudulmaz ad, "Neymar 2022 Dünya Çempionatında Braziliya Milli Komandasının şəksiz lideri olacaq. Onun yanında Vinisius Junior kimi oyunçuların olması çox vacibdir. Neymar 2018-ci ildə qəhrəmandı, amma indi yanında çox yaxşı gənc oyunçuları var" ifadələrini işlədib.

2009-cu ildə İtaliya A Seriyasında çıxış edən "Milan"dan "Real Madrid"ə tam 67 milyon avroya transfer olan, lakin gözləntilərdən uzaq qalan Kaka o dövrlə bağlı "Bir az qəribə səslənə bilər, amma "Real Madrid"dəki ən yaxşı günüm ordan ayrıldığım gün olub. Zədələr və bəzi hadisələr mənə təsir etdi. Mən heç vaxt "Real Madrid" və Joze Mourinyo haqqında pis danışmazdım. Amma müəyyən mənada o da pis danışırdı"-dedi.

Kaka UEFA Millətlər Liqasının Cənubi Amerika ölkələrinin Avropa ölkələri ilə oyun keçirməsini çətinləşdirdiyini bildirib: "Şanslarımız tamamilə azalıb və hazırkı vəziyyət rəqabətin inkişafına təsir edir. Amma həm Argentina, həm də Braziliya dünya çempionatına çox yaxşı gəlirlər.. Onların Dünya Kubokunu qazanmaq şansları var. Mən buna həqiqətən inanıram" fikrini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə