Məşhur tennisçi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi İpek Soylu karyerasını başa vurub. SİA-nın məlumatına görə, 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Tennisçi karyerasını hansı səbəbdən bitirdiyini açıqlamayıb.

Qeyd edək ki, İpek Soylu “Uimbldon" turnirinin əsas mərhələsində iştirak edən ilk türkiyəli idmançıdır. Tennisçi 2014-cü ildə isveçrəli Cil Belen Tayxmanla birlikdə cütlük yarışında ABŞ Açıq çempionatının (USA Open) qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə