Fərid Qayıbov “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub - FOTOLAR

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov Şəki Olimpiya İdman Kompleksində keçirilən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tarixi əhəmiyyətini qeyd edən nazir gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.

Nazir Vətən müharibəsinin 2-ci ildönümü ərəfəsində belə bir düşərgənin keçirilməsinin vacibliyini vurğulayıb, bu tip düşərgələrin həm qış, həm də yay aylarında daimi olaraq təşkil ediləcəyini bildirib.

Tonqal ətrafında gənclərlə maraqlı söhbətlər aparılıb, gənclərin düşərgə barədə təəssüratları, fikir və təklifləri dinlənilib. Sonra düşərgənin bağlanışı olub, gənclər nümunəvi çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə