Dəniz Öncü bu səbəbə görə yarışı 15-ci sırada tamamladı

Dünya "Moto3" Çempionatında türkiyəli motosikletçi Dəniz Öncü 15-ci sırada qərarlaşıb. Dəniz Öncü "Red Bull KTM Tech3" komandası ilə Dünya "Moto3" Çempionatında Yaponiyada trasa çıxıb. Barmağından zədə aldığı bildirilən milli atlet yarışı 15-ci, "Autosolar GASGAS Aspar" komandasından İzan Gevara birinci, Honda pilotu Dennis Foggia ikinci, Husqvarna pilotu Ayumu Sasaki isə yarışı üçüncü başa vurub. Moto3 üzrə Dünya Çempionatında növbəti yarış oktyabrın 2-də Tailandda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə