Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək. SİA-nın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

20:00. Azərbaycan - Qazaxıstan

Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

Bakı, "Dalğa Arena" stadionu

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə