"Çempionluq qazanmaq istəyirəm" - Juan Mata

"Çempionluq qazanmaq istəyirəm" - Juan Mata

"Qalatasaray" Nef Stadionunda Spor Toto Super Liqa komandalarından olan "İstanbulspor"la yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, ilk dəfə sarı-qırmızılı formanı geyinən ispan futbolçu Xuan Mata "İstanbulspor" matçından sonra təşkil edilən mətbuat konfransında "Qalatasaray mənim üçün hər zaman böyük komanda olub. Avropada önəmli və ən böyük, ən uğurlu komanda idi. Yüksək səviyyədə mübarizə aparmaq üçün mənə belə bir şey lazım idi. Burada çempionluqlar qazanmaq istəyirəm. Keçən gün mən də liqa oyununa gəlmişdim. Atmosfer inanılmaz idi. Bizim komandaya təşəkkür etmək istərdim. Məncə, baş məşqçimiz heyətdən razıdır. Bura oynamaq, mübarizə aparmaq, qalib gəlmək üçün gəlmişəm. Fitnes məşqçimizlə işləməyə davam edirəm. Qarşılaşmalarda özümü göstərəcəm” dedi.

Transfer prosesi ilə bağlı məlumat verən Mata, "Bu qısa müddətdə baş verdi. Türkiyədə belə böyük bir komandadan təklif aldığımı öyrəndikdən sonra bu danışıqları bir neçə saat ərzində tamamladıq. Hörmətli Erdenlə danışdıq. Onun gəlişi də bu prosesi sürətləndirdi. Mən dərhal təyyarəyə mindim, bura, gəldim” dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə