Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının 5-ci turunda hazırda Çexiya ilə keçirilən oyunda ciddi zədə alıb. SİA xəbər verir ki, ilk hissədə hava mübarizəsi zamanı çexiyalı qapıçı Tomaş Vatslik topu uzaqlaşdırmaq istəyərkən yumruqla Ronaldonun üzünə vurub. Nəticədə futbolçunun burnu əzilib. Həkimlər qanaxmanıı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.
Qeyd edək ki, hazırda 2-ci hissəsi oynanılan görüşdə Pottuqaliya millisi 3:0 öndədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB