"Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, “Marca”ya danışan yarımmüdafiəçi bildirib ki, heç bir məlumatı olmadığı halda, oyundan həzz almaq istəyir,.. və sonra qərar verəcək. Futbolçu hazırda müqaviləsinin son ilində olduğunu, lakin gələcəyi ilə bağlı yayılan xəbərlərin hamısının yalan olduğunu bildirib.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi 2008-ci ildən "Barselona"nın böyük komandasında çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 685 oyun keçirib, 18 qol vurub və 43 məhsuldar ötürmə edib.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Busketsin gələn yay MLS-də çıxış edən "İnter Mayami"yə keçəcəyi bildirilirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB