Pedri ən bahalı yarımmüdafiəçilərdən oldu...

Ousmane Dembelenin də qiyməti 30 milyondan 50 milyon avroya qaldırılıb
Pedri ən bahalı yarımmüdafiəçilərdən oldu...

...Bu arada “Transfermarkt” portalı bir sıra oyunçuların qiymətinə yenidən baxıb.

SİA-nın əldə etdiyi məlumata görə, dəyişikliklər nəticəsində hazırda dünyanın ən bahalı yarımmüdafiəçiləri Pedri (“Barselona”), Cude Bellinqem (“Borussiya” Dortmund) və Fil Foden (“Mançester Siti”) olublar.

Belə ki, hazırda hər üç futbolçunun dəyəri 90 milyon avrodur.

Qeyd edək ki, Pedri həm də "Barselona"nın ən bahalı oyunçusudur.

Yeri gəlmişkən, “Transfermarkt” portalı “Barselona”nın hücumçusu Ousmane Dembelenin də qiymətini 30 milyondan 50 milyon avroya qaldırıb. Xatırladaq ki, 25 yaşlı futbolçunun bazar dəyəri 2019-cu ildən bəri ilk dəfə olaraq artıb.

Xatırladaq ki, Dembele 2017-ci ilin yayında 125 milyon avroya "Barselona"nın futbolçusu olub. O zaman onun bazar dəyəri 33 milyon avro olaraq qiymətləndirilsə də, altı ay sonra 80 milyon avroya yüksəldi.

Dembelenin qiyməti 2019-cu ilin yayında pik həddə çatmışdı - 120 milyon avro,..amma sonradan onun qiyməti sürətlə aşağı düşməyə başladı. Niyə, təbii ki, onun zəif oyunu və bizlərdə deyildiyi kimi, yanından yel keçən yelə...zədələnməsi!

... Bununla belə, Xavinin gəlişi ilə Dembele karyerasını canlandırdı və 2022-ci ildə Lionel Messidən (PSJ) sonra ən yaxşı 5 liqada məhsuldar ötürmələrə görə ikincidir.

P.S: ...Yeri gəlmişkən, “Transfermarkt” oyun xallarını, turnirlərin nəticələrini və transfer xəbərləri kimi futbol haqqında məlumatları özündə əks etdirən alman veb saytıdır. IVW-yə görə, bu, ən çox baxılan 25 alman saytından biri olmaqla yanaşı, həm də ən böyük idman saytıdır...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə