Sumqayıtda “Sağlam həyat” adlı tədbir keçirilib

Sumqayıtda “Sağlam həyat” adlı tədbir keçirilib

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Sumqayıt Bulvarı” ərazisində yerləşən açıq tipli idman qurğusunda “Sağlam həyat” devizi altında tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrin və gənclərin idmana marağının artırılması, onları sağlam həyat tərzinə çağırış və asudə vaxtlarının səmərəli təşkilidir.

Tədbirdə iştirak edən idmançılar şəhər sakinlərinə taekvondo idman növünün müxtəlif texnikalarını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə