Türkiyə Milli Komandası Farer adalarına gəlib

Türkiyə Milli Komandası Farer adalarına gəlib

UEFA Millətlər C Liqasının 1-ci Qrupunun altıncı və son matçında sentyabrın 25-i bazar günü səfərdə Farer adaları ilə qarşılaşacaq Türkiyə Milli Futbol Komandası bu ölkəyə çatıb. SİA xəbər verir ki, ay-ulduzlu karvanı daşıyan təyyarə İstanbuldan Danimarkanın Billund şəhərinə, oradan da Farer adalarının Vaqar hava limanına enib. Futbolçular qalacaqları otelə avtobusla gediblər. Təyyarədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi və TFF İdarə Heyətinin üzvü və Milli Komandanın meneceri Hamit Altıntop da olub.

Dünən oynanan Lüksemburq matçından sonra namizəd heyətə daxil olan Umut Bozok, Ravil Tagir və Berkay Özcan da səfər edənlər arasında olub. Heyətdə yer alan digər isim Cenk Özkaçar isə ay-ulduzlu komandadan əvvəl səhər saatlarında Farer adalarına gələrək komandanın qalacağı otelə gedib.

Qeyd edək ki, Farer adaları - Türkiyə oyunu 25 sentyabr bazar günü, saat 21:45-də Torsvollur stadionunda oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə