Azərbaycanın U-16 komandası yoxlama oyununda heç-heçə edib

Azərbaycanın U-16 komandası yoxlama oyununda heç-heçə edib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. SİA AFFA-nın saytına istinadla xəbər verir ki, “Sabah”ın U-17 komandası ilə oyun 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 55-ci dəqiqədə Ömər Kərimov və 74-cü dəqiqədə penaltidən Anar Hüseynov vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə