Gürcüstan yığması UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlib
Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, Gürcüstan millisi sentyabrın 23-də Şimali Makedoniya ilə qarşılaşıb.
Tbilisidə yerləşən Boris Payçadze adına "Dinamo Arena"da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.
Yığma komandanın növbəti görüşü səfərdə Cəbəllütariq seçməsi ilə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB