“Peşiman” Messi qayıdır?

Verilən məlumatlara görə, Leonel Messi "Barselona"nın prezidenti Laporta zəng edərək, Qətərdəki dünya çempionatından sonra İspaniya klubuna potensial qayıdış məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. Deyilənlərə görə, Messinin qayıdışını "Barselona"nın baş məşqçisi Xavi də dəstəkləyib.

“Qızıl top”un yeddiqat qalibi Messi 2021-ci ilin yayında bütün yetkinlik karyerasını keçirdiyi “Barselona”dan müqavilə müddəti bitdikdən sonra ayrıldı və PSJ ilə 2+1 sxemi ilə anlaşdı. 2022/23 mövsümünün sonunda argentinalı azad agent ola bilər.

Messi bu mövsüm 11 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə