Gündəmə bomba kimi düşən hadisə!

"Qalatasaray"ın ulduzu Mauro İkardinin meneceri olan Vanda Nara "Instaqram" hesabından ayrıldığını açıqlayıb. SİA xəbər verir ki, Vanda Nara paylaşımında deyib: "Bunu keçmək mənim üçün çox ağrılıdır. Amma ifşa olduğumu və mediada spekulyasiyalar apardığımı nəzərə alsaq, insanların məndən bunu bilməsini üstün tuturam. Aydınlaşdıracaq başqa heç nəyim yoxdur. Bu ayrılıq haqqında heç bir təfərrüat verməyəcəyəm. Bu, təkcə mənim üçün deyil, uşaqlarımız üçün də anlayışlı olar diləyirəm”.

İkardinin "Qalatasaray"a transferində böyük rolu olan Vandanın niyə belə bir qərar verməsi ilə bağlı hələlik təfərrüat yoxdur.

Qeyd edək ki, Vanda Nara ötən il xəyanət səbəbi ilə İkardi ilə ayrılıb, lakin sonradan barışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...