"Əla oyun keçdi. İlk hissə yaxşı alındı, komanda çox xoşuma gəldi. İkinci yarıda əziyyət çəkdik. Yorğunluq var idi. Hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik, Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bunun üçün vaxt lazımdır". SİA-nın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə