"Mançester Yunayted"dən inanılmaz zərər

“Mançester Yunayted” 2021-22 mövsümündə gəlir artımına baxmayaraq, 115,5 milyon funt sterlinq itirib. SİA xəbər verir ki, klubdan verilən açıqlamada, 2021-22 maliyyə ilində klubun gəlirinin 18 faiz artaraq 538,2 milyon lirəyə yüksəlməsinə baxmayaraq, 115,5 milyon lirəlik xalis zərərin olduğu bildirilib.

Böyük Britaniya təmsilçisinin borcu əvvəlki illə müqayisədə 95,4 milyon artaraq 514,9 milyon lirəyə çatıb. 2021-ci ilin yayında “Mançester Yunayted” Kriştiano Ronaldo, Jadon Sancho və Raphael Varane-ni heyətinə qatıb və futbolçulara verilən maaş 19,1 faiz artaraq ümumilikdə 384,2 milyon funt-sterlinqə çatıb. Klubun maliyyə strukturunu dəyərləndirən klubun maliyyə departamentinin menecerlərindən biri olan Kliff Bati bildirib ki, epidemiyaya görə gəlir itkisinin təsiri bilet satışı ilə bitsə də, maliyyə hesabatı mənfi sürət qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...