Məşhur futbolçu karyerasını bitirdi

Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev karyerasını başa vurub. SİA xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə özü mətbuata açıqlama verib.

Qeyd edək ki, son olaraq "Parma"da çıxış edən Pandev "İnter", "Spetsia", "Ankona", "Latsio", "Napoli", "Qalatasaray" və "Cenoa"da da oynayıb. O, Şimali Makedoniya milli komandasının heyətində meydana çıxdığı 122 matçda 39 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...