“Biz ölkə ərazisindən Rusiya turizminə son qoymalıyıq”

Finlandiya hökuməti Rusiyanın səyahət və turizminə, eləcə də Finlandiya ərazisindən keçən tranzitinə son qoyulmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Finlandiyanın baş naziri Sanna Marin bildirib.

“...Hökumətin iradəsi çox aydındır. Fikrimizcə, Rusiyanın səyahətinə, turizminə, eləcə də Finlandiya vasitəsilə tranzitinə son qoymaq lazımdır”, - deyə Marin bildirib.

O qeyd edib ki, bunu etmək çox çətindir, bunun üçün ölkənin təhlükəsizlik orqanları ruslardan gələn sərnişinlərin hansı risklərə səbəb ola biləcəyini qiymətləndirməyi tələb edir.

Baş nazir onu da bildirib ki, Finlandiyanın Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandıra biləcəyi dəqiq məlum deyil, lakin onların sayını azaltmaq mümkün olsa, bu, yaxşı xəbər olacaq.

Xatırladaq ki, daha əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Helsinki Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması üçün milli tədbirlər tətbiq etmək qərarına gəldiyini bildirmişdi.

Onun sözlərinə görə, tam qadağanın tətbiqi üzrə işlərə başlanılıb və Finlandiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müxtəlif nazirliklərin ekspertləri bu məsələni öyrənirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə