"Atletiko Madrid"in hücumçusu Alvaro Morata "Barselona"nın keçən yay onu transfer etməkdə maraqlı olduğunu təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Morata “Barselona”dan ona maraq olduğunu etiraf edib.

“... Bəli, Xavi mənə zəng etdi, onunla futbol haqqında danışdım. Belə bir keçmiş oyunçunun və hazırkı məşqçinin məni sayıb zəng etməsi məni şərəfləndirdi. O, inandırıcı idi? Tamamilə, xüsusən də uşaq vaxtı onun oynadığını gördüyüm üçün.. Hər kəs çox yaxşıdır. Mənə edilən 4-5 təklifdən mən “Atletiko”nun üzərində dayandım”.

Qeyd edək ki, bunları ispan mətbuatına söyləyən 29 yaşlı hücumçu bundan əvvəlki 2 mövsümü icarə əsasında "Yuventus"da keçirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...