FİFA-nın rəsmi saytında "Beşiktaş"ın müdafiəçisi Saiss "havada əzəmətli, meydanda lider" kimi təsvir edilib. SİA xəbər verir ki, "Beşiktaş"ın bu mövsüm heyətinə qatdığı Saiss haqqında FİFA-da tərifli giriş yazısı dərc olunub. 32 yaşlı "Vulverhempton"un keçmiş futbolçusunun hazırda "Beşiktaş"ın uğuru üçün mübarizə apardığını xatırladan bu ifadələrə yer verilib: "Meydanda onun intuisiyası çox yüksəkdir. Duellərdəki böyük performansı ilə ön plana çıxır. O, havada möhtəşəmdir. Müdafiənin sol cinahında özünə güvən verir. Onun performansı və açıqladığı statistika onun azarkeşlərin gözündə niyə bu qədər təhlükəsiz və vacib bir oyunçu olduğunu ortaya qoyur. O, komandada olduğu kimi görünməyəcək. Liderliyi, xüsusiyyətləri və əzmi sayəsində mütləq "Beşiktaş" üçün bir dəyər olmağa davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB