Dünyanın ən çox qazanan 10 futbolçusunun adı AÇIQLANIB - SİYAHI

Dünyanın ən çox qazanan 10 futbolçusunun adı AÇIQLANIB - SİYAHI

ABŞ-ın idman və iqtisadiyyat jurnalı olan Sportico 2022-ci ildə ən çox qazanan futbolçuların siyahısını açıqlayıb. SİA xəbər verir ki, futbolçuların maaşları və reklam müqavilələri nəzərə alınan siyahıda son 15 ildə futbolda zirvələri bölüşən Kriştiano Ronaldo və Lionel Messi geridə qalıb. Avropanın beş böyük liqasından biri olan İtaliya A Seriyasının və Bundesliqanın oyunçuları bu siyahıya düşə bilməyiblər.

Antuan Qrizmann - 27,5 milyon avro İllik ödəniş: 22 milyon avro Sponsorlar: 5,5 milyon avro

Kevin De Bruyne - 29 milyon avro İllik ödəniş: 25,5 milyon avro Sponsorlar: 3,5 milyon avro

Rahim Sterlinq - 29,4 milyon avro İllik ödəniş: 21,4 milyon avro Sponsorlar: 8 milyon avro

Andres İnyesta - 30 milyon avro İllik ödəniş: 23 milyon avro Sponsorlar: 7 milyon avro

Eden Hazard - 31,1 milyon avro İllik ödəniş: 28,6 milyon avro Sponsorlar: 2,5 milyon avro

Məhəmməd Salah - 39,5 milyon avro İllik ödəniş: 24,5 milyon avro Sponsorlar: 15 milyon avro

Neymar - 91 milyon avro İllik ödəniş: 56 milyon avro Sponsorlar: 35 milyon avro

Lionel Messi - 110 milyon avro İllik ödəniş: 62 milyon avro Sponsorlar: 48 milyon avro

Kriştiano Ronaldo - 113 milyon avro İllik ödəniş: 53 milyon avro Sponsorlar: 60 milyon avro

Kilian Mbappe - 125 milyon avro İllik ödəniş: 105 milyon avro Sponsorlar: 20 milyon avro

Bütün xəbərlər Facebook səhifəmizdə