"Bavariya"nın heyətində adı hallanan alman məşqçi Tomas Tuxelin "Bavariya" nəhəngində işləməyə razı olduğu bildirilib. SİA xəbər verir ki,
Julian Naqelsmanın "Bayern Münhen"dəki mümkün gediş ssenarisində adı keçən Tomas Tuxel bu vəzifəyə isti münasibət bəsləyir. Alman mətbuatında çıxan xəbərlərdə sentyabrın 7-də "Çelsi"dən qovulan Tuxelin işinə uzun müddət ara vermək istəmədiyi və "Bavariya"da vəzifə almaq istədiyi bildirilib. 49 yaşlı çalışdırıcının təklif gəlsə, "Çelsi"dən daha aşağı qonorar qəbul edə biləcəyi, lakin "Bavariya"dan heç bir əlaqənin olmadığı bildirilib. Hələlik Naqelsmanın arxasında "Bayern Münhen" rəhbərliyinin olduğu və Tuxel məsələsini müzakirə etmədiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB