"O an anladım ki, biz əsl ailəyik" - Joze Mourinyo

"O an anladım ki, biz əsl ailəyik" - Joze Mourinyo

İtaliya A Seriyasının komandalarından olan "Roma"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo ötən mövsüm finalda "Feyenoord"u 1:0 hesabı ilə məğlub edərək qazandıqları UEFA Konfrans Liqası çempionluğu ilə bağlı diqqət çəkən açıqlamalar verib. SİA xəbər verir ki, bunun onun üçün unudulmaz bir kubok olduğunu deyən Mourinyo: "Həqiqətən unudulmaz bir an idi. "İnter"lə Çempionlar Liqasını qazananda Milana qayıtmadım, çünki "Real Madrid"ə getmək istəyirdim. Şəhərə qayıtsaydım, getməzdim. Amma biz “Roma” ilə Konfrans Liqasının qalibi olanda çox fərqli idi. Romada qalıb bu klubda davam etmək istəyirdim” deyib.

Konfrans Liqasını özü üçün qazanmadığını deyən portuqaliyalı çalışdırıcı: "Kuboku qazananda anladım ki, bu uğuru özüm üçün deyil, Roma xalqı üçün qazanmışam. Azarkeşlər klub üçün hər şeydir və kuboku qazandığımız zaman onlar bizə əsl ailəyə sahib olmağın nə demək olduğunu hiss etdirdilər" ifadələrindən istifadə edib.

Qeyd edək ki, Joze Mourinyo bundan əvvəl 2004-cü ildə “Porto” və 2010-cu ildə “İnter”lə Çempionlar Liqasının qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə