Almaniyada koronavirus qorxusu! - İki ulduz heyətdən çıxarıldı

Almaniyada koronavirus qorxusu! - İki ulduz heyətdən çıxarıldı

Covid-19 testi müsbət çıxan "Bavariya"dan Noyer və Qoretzkanın və qrip əlamətləri göstərən "Borussiya Dortmund"dan Julian Brandtın Milli Liqa matçının heyətindən kənarlaşdırıldığı bildirilib. SİA xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasından açıqlama verilib.

Almaniya millisində “Hoffenhaym”ın qapıçısı Oliver Baumann və “Volfsburq”un yarımmüdafiəçisi Maksimilian Arnold heyətə daxil edilib. Turnirdə A Liqasının 3-cü qrupunda mübarizə aparan Almaniya 23 sentyabr cümə günü Macarıstanı, 26 sentyabr bazar ertəsi İngiltərəni qəbul edəcək. Almaniya geridə qalan 4 oyunda topladığı 6 xalla qrupunun ikinci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə