Lüksemburq yığmasının baş məşqçisi Türkiyəni tərifləyib

Lüksemburq yığmasının baş məşqçisi Türkiyəni tərifləyib

UEFA Millətlər C Liqasının 1-ci Qrupunda sabah Türkiyə ilə qarşılaşacaq Lüksemburq yığmasının baş məşqçisi Luc Holtz və futbolçu Lars Gerson matçın keçiriləcəyi Başakşehir Fatih Terim stadionunda təşkil edilən mətbuat konfransında çıxış edib. SİA xəbər verir ki, qarşılaşmada nə olacağını dəqiq təxmin edə bilmədiklərini ifadə edən Holtz bu axşamkı son məşqdən sonra matçın heyətinə qərar verəcəyini bildirib.

Holtz, Türkiyə Milli Komandası ilə bağlı fikirlərini soruşduqda, "Türkiyə çox yaxşı komandadır. Komanda kimi davranan bir komandadır. Təbii ki, ikinci yer üçün işləməyə davam edəcəyik. Bizim üçün heç nə bitməyib, bir oyun qalır, amma bu hər şeyi dəyişə bilər. Sabah əlimizdən gələni edəcəyik. Ola bilsin ki, 3 xal qazana bilməyəcəyik, amma yenə də buradan xal almağa çalışacağıq. Əlimizdən gələni edəcəyik, biz hazırıq, rəqibimizi yaxşı analiz etmişik. Çatışmazlıqlarını bilirik və özümüzü zehni cəhətdən hazır hiss edirik. Bizim üçün heç nə bitməyib"-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə