Puç Marti Şimali Amerikada "parlayır"...

...o, Bekhemin köhnə rekordunu təkrarladı
Puç Marti Şimali Amerikada "parlayır"...

Artıq onun Amerika “Major League Soccer” (MLS) seriyasında necə uğurla oynamağa başladığı haqda məlumat vermişdik və görünür ki, o da deyilən sürətini azaltmaq niyyətində deyil.

Beləliklə, SİA xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl “Barselona”da heyyətə düşmək cəhdi uğursuz alınan Puç Marti, sonradan ABŞ çempionatına üz tutmağa məcbur oldu.

...Və budur Puç Marti artıq beş oyun keçirib və bu oyunlarda altı məhsuldar ötürmə verib. Qeyd edək ki, əvvəllər buna nail olan yeganə oyunçu - Devid Bekhem idi. Belə ki, 2008-ci ildə o beş matçda eyni altı məhsuldar ötürmə etmişdi.

Ancaq bu da, hamısı deyil – belə ki, oyunların birində Puç eyni anda üç məhsuldar ötürmə edib və bu da rekordun təkrarına çevrilib - lakin Bekhemin deyil, 2014-cü ildə bu ölkənin çempionatında çıxış edən yerli futbolçu Landon Donovanın.

...Ola bilər ki, Şimali Amerikadakı çıxışlardan sonra Puç Avropaya - bəlkə də elə “Barselona”nın özünə qayıtmaq təklifləri alsın..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə