"Dele Allinin yolunda ümid var"

İngilislər “Ağ-qaralar” azarkeşləri qədər “Beşiktaş”a icarəyə gələn və köhnə günlərinə qayıtmaq istəyən Dele Allinin də zədəsini sağaldıb komandaya qayıtmasını istəyir. SİA xəbər verir ki, karyerasına tez başlayan, sonra isə sürətlə düşən Allinin "Beşiktaş"da yenidən canlanacağına inam var. Çünki futbolçunun “Beşiktaş” azarkeşləri ilə ünsiyyəti, oynadığı matçlardakı ambisiyası, istəyi və hədəfləri bu yolun başlanğıcı kimi qiymətləndirilir.

Britaniya mediası iddia edir ki, Dele Alli uzun və ümidverici bir yola çıxıb və sonda əvvəlki şöhrətinə qayıdacaq. "Ada" mətbuatında dərc olunan məqalədə belə şərh edilib: "Dele Alli üçün uzun və ümidverici bir yol var. Onun məqsədi mütləq İngiltərə Milli Komandasına qayıtmaqdır. Bununla belə, baş məşqçi Qaret Sautqeytin Türkiyədə oynayarkən fərqinə varması ehtimalı azdır. İlk hədəfi icarəyə götürdüyü "Beşiktaş"da özünü sübut etmək və Adaya qayıtmaq olacaq. Müsbət bir mövsüm keçirsə, bir neçə Premyer Liqa komandası onun qayğısına qalacaq. Bu mövsüm onun performansıNI dəyişməyə kömək edəcək. Onun 26 yaşı var və qarşıdakı illər onun ən yaxşı illəri ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə